Koronavirus

Bu işçilərin maaşları 10 faiz artıb

 16:11 28.02.2020     3104

2019-cu ilin yanvar-dekabr aylarında Bakıda muzdla işləyənlərin orta aylıq nominal əməkhaqqı 2018-ci ilin müvafiq dövrünə nisbətən 10,0 faiz artaraq 867,0 manat təşkil edib.

Redaktor.az-ın məlumatına görə, Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə reallaşdırılan kompleks sosial islahatlar nəticəsində sentyabr ayının 1-dən ölkədə minimum aylıq əməkhaqqı məbləğinin 250 manata qaldırılması, dövlət qulluqçularının, dövlət büdcəsindən maliyyələşən bir sıra idarə, müəssisə və təşkilatlarda, dövlət neft şirkətində çalışan işçilərin əməkhaqlarının əhəmiyyətli dərəcədə artırılması, bununla əlaqədar özəl sektorda çalışanların da əməkhaqlarının yüksəldilməsi və bu sahədə şəffaflaşma proseslərinin sürətləndirilməsi nəticəsində 2019-cu ilin dekabr ayında şəhər üzrə orta aylıq nominal əməkhaqqı 1012,7 manata çatmışdır ki, bu da ötən ilin dekabr ayı ilə müqayisədə 19,1 faiz, cari ilin noyabr ayı ilə müqayisədə isə 8,4 faiz çoxdur.