Qərargah: 224 nəfər karantin şəraitində saxlanılır

 18:27 28.02.2020     3255

"Bu günə 224 nəfər karantin şəraitində saxlanılır".

Redaktor.az-ın xəbərinə görə, bunu Qərargahın üzvü, TƏBİB-in İşçi Qrupun rəhbəri Vasif ƏLiyev bildirib.

Bunlardan 12-si İran, 1- İtaliya, 7-si digər ölkələr, qalanları Azərbaycan vətəndaşlarıdır. Müayinələr zəncirvari reaksiyalar vasitəsilə aparılır və cavab bir müddət vaxt alır: "Rəqəmlər daima dəyişir. Mənfi cavabı çıxanlar evə müşahidəyə buraxılır. Amma koronavirus olmasa belə, başqa respirator xəstəliyi olanlar müalicə olunmalıdır". //APA