Bütün təhsil müəssisələrində tibbi-profilaktik tədbirlər davam etdirilir

 18:47 03.03.2020     3355

Koronavirus (COVİD - 19) infeksiyasının qarşısının alınması məqsədilə bütün təhsil müəssisələrində tibbi-profilaktik, dezinfeksiyaedici tədbirlər davam etdirilir.

Təhsil Nazirliyindən Redaktor.az-a verilən məlumata görə, Bakı, Sumqayıt,  Şirvan, Gəncə şəhərləri, Xaçmaz, Ucar, Qax, Qazax, Ağdam, Samux, Ağsu rayonları da daxil olmaqla digər şəhər və rayonlarda profilaktik tədbirlər intensivləşdirilib. Müvafiq profilaktik tədbirlərin effektivliyinin yüksəldilməsi məqsədilə bütün təhsil müəssisələrində martın 9-dək tədris prosesi dayandırılıb.

Qeyd edək ki, martın 10-dək Təhsil Nazirliyinə və tabeliyində təhsil müəssisələri olan müvafiq icra hakimiyyəti orqanlarına bütün təhsil müəssisələrində tibbi-profilaktik və dezinfeksiyaedici tədbirlərin davam etdirilməsi tapşırılıb. //APA

222222