ÜST: Bəzi ölkələrdə koronavirusa yoluxma artıq azalmaqdadır

 17:47 13.03.2020     2056

"Koronavirusa qarşı test dəstləri regiondakı ölkələrə çatdırılıb. Onlardan milli referans laboratoriyalarında istifadə olunmaqdadır".

Redaktor.az-ın xəbərinə görə, bunu ÜST-ün Azərbaycanda səfərdə olan missiyasının rəhbəri Karolina Braun deyib.

O, pandemiyanın yay aylarında səngiməsi ilə bağlı deyilənlərə də münasibət bildirib: "Bəzi ölkələrdə yoluxma artıq azalmaqdadır. Xüsusilə Çində azalmasına baxmayaraq, yeni xəstəlik hallarının aşkarlanması ilə bağlı tədbirlər davam etdirilir. Bu alovlanmanın Azərbaycanda yay aylarında özünü necə göstərəcəyi ilə bağlı proqnoz vermək çətindir. Amma yaxşı olar ki,  qarşısının alınması ilə bağlı tədbirlər görülsün". //APA