Azərbaycanda koronavirusa 19 yoluxma halı qeydə alınıb, onlardan 3-ü tam sağalıb - RƏSMİ

 17:35 13.03.2020     1534

"Hazırda rəsmi olaraq 19 koronavirusa yoluxma halı qeydə alınıb. Onlardan 3-ü tam sağalıb". 

Redaktor.az xəbər verir ki, bunu Nazirlə Kabineti yanında Operativ Qərargahın üzvü, TƏBİB-in şöbə müdiri Yaqut Qarayeva bildirib.

O bildirib ki, hazırda aşkarlanan hallar başqa ölkələrlə əlaqədar olub. Bu şəxslər karantinə alındıqdan sonra xəstəlik aşkarlanıb.