Azərbaycanda özəl tibb müəssisələrində yoxlamalar aparılacaq

 18:47 16.03.2020     1692

Özəl tibb müəssisələri sahibkarlıq subyektlərində dövlət tərəfindən yoxlamalar həyata keçiriləcək.

Redaktor.az-ın məlumatına görə, bu, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” qanuna təklif edilən dəyişiklikdə öz əksini tapıb.

Dəyişikliyə əsasən, özəl tibb müəssisələrində dövlət tərəfindən yoxlamalar həyata keçirilə biləcək.

Qeyd edək ki, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” qanuna əsasən, 2015-ci il noyabrın 1-dən Azərbaycan Respublikası ərazisində sahibkarlıq sahəsində aparılan yoxlamalar 2021-ci il yanvarın 1-dək dayandırılıb. //APA