Mart ayı üzrə bütün pensiyaların ödənişi yekunlaşıb

 16:50 19.03.2020     1421

“Novruz bayramı ilə əlaqədar mart ayı üzrə bütün pensiyaların ödənişi qrafikdə nəzərdə tutulduğundan əvvəl, bayram ərəfəsində yekunlaşıb”. 

Redaktor.az-ın məlumatına görə, bunu Əmək və Əhalinin Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin müdiri Fazil Talıbov bildirib. Onun sözlərinə görə, ödənişin həyata keçirilməsinə martın ilk həftəsində başlanılıb və bütün ölkə üzrə bu proses başa çatıb. 

F.Talıbov deyib ki, xüsusi rütbəli şəxslərin, hərbi qulluqçuların, dövlət qulluqçularının və s. mart ayı üzrə pensiyaları ödənilib. Eyni zamanda, müavinət və təqaüdlərin də qrafikdə nəzərdə tutulduğundan əvvəl olmaqla bayrama qədərki günlərdə ödənilməsi təmin olunub. //APA