“Azərişıq” 3 gündə 850 müraciətə baxıb

 20:14 23.03.2020     1318

“Martın 20-22-i tarixlərində – Novruz bayramı günlərində “Azərişıq” ASC-də 850-dən artıq elektron müraciət cavablandırılıb”.

Redaktor.az xəbər verir ki, bu barədə qurumun mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev məlumat verib.

T.Mustafayevin sözlərinə görə, müraciətlərin hamısı öz həllini tapıb:

"“Azərişıq” rəhbərliyi başda olmaqla, bütün əməkdaşlarımız gücləndirilmiş iş rejimində çalışır. Bayram günlərində olduğu kimi hazırda da ölkə ərazisində elektrik enerjisinin təchizatı qaydasındadır. Vətəndaşlarımıza müraciət edərək bildiririk ki, “Azərişıq” ASC-nin “Facebook”, “Instagram” sosial şəbəkələri yaxud “Whatsapp" (+994772176762) vasitəsi ilə sual, şikayət və təkliflər cavablandırılır". //Trend