AQTA-nın Çağrı Mərkəzi bu gün fasilələrlə işləyəcək

 12:35 04.04.2020     943

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) 1003-Çağrı Mərkəzi yeni elektron sistemin tətbiqi ilə əlaqədar bu gün saat 18:00-dan 21:00-dək fasilələrlə öz fəaliyyətini davam etdirəcək.

Redaktor.az xəbər verir ki, vətəndaşlar mövcud vəziyyəti nəzərə almaqla, həmin müddət ərzində müraciətlərini onlayn şəkildə agentliyin rəsmi saytı (www.afsa.gov.az) və ya qurumun rəsmi "Facebook" səhifəsi vasitəsilə (facebook.com/afsa.gov.az) göndərə bilərlər.