Sabaha gözlənilən hava şəraiti açıqlanıb

 12:45 04.04.2020     1021

Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən aprelin 5-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi, lakin gecə  bəzi yerlərdə yağış yağacağı gözlənilir.  Səhər saatlarında duman olacaq. Şimal küləyi gündüz cənub küləyi ilə əvəz  olunacaq.

ETSN-dən Redaktor.az-a verilən məlumata görə, havanın temperaturu  Abşeron yarımadasında gecə 6-8, gündüz 13-17, Bakıda  gecə 6-8, gündüz 15-17 dərəcə isti təşkil edəcək.

Atmosfer  təzyiqi 767 mm civə sütunu, nisbi rütubət gecə 70-80, gündüz 50-55 faiz olacaq.

 Aprelin 5-də Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin gecə bəzi şərq rayonlarında yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq, mülayim qərb küləyi əsəcək.  

Havanın temperaturu  gecə

3-8, gündüz 16-21 dərəcə isti, dağlarda gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək  isti, gündüz 8-13 dərəcə isti olacaq.