Vətəndaşlar 190 manatı haradan və necə alacaq? - AÇIQLAMA

 19:55 07.04.2020     2058

"Vətəndaş öz şəxsiyyət vəsiqəsini təqdim etməklə bu vəsaiti əldə edəcək. Ödənişlərin elektron qaydada həyata keçiriləcək"

Redaktor.az-ın məlumatına görə, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev deyib:

"Vətəndaşa bununla bağlı elektron formada SMS, məlumat göndəriləcək və nağdsız qaydada ödəniləcək. Yəni onun bank kartı varsa, həmin karta, yoxdursa, ən yaxın bankda o vəsait yerləşdiriləcək. Vətəndaş öz şəxsiyyət vəsiqəsini təqdim etməklə bu vəsaiti əldə edəcək".