Masallıda 1400 nəfərə ərzaq bağlaması paylanılıb - FOTOLAR

 01:47 08.04.2020     1758

Prezident İlham Əliyevin ölkəmizdə koronavirus (COVİD-19) infeksiyasına yoluxma hallarına qarşı mübarizə məqsədi ilə aparılan preventiv və profilaktik tədbirlərin gücləndirilməsi barədə çağırışına dəstək olaraq Masallı Rayon İcra Hakimiyyəti, Yeni Azərbaycan Partiyası Masallı rayon təşkilatı, Milli Məclisin deputatları - Məşhur Məmmədov və Anar İsgəndərov tərəfindən rayonda keçirilən humanitar aksiyanın davamı olaraq 1400 nəfərə ərzaq bağlamaları paylanılıb.

Redaktor.az xəbər verir ki, rayonda xeyriyyə aksiyası Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən elan edilən xüsusi karantin rejiminin qaydalarına əməl olunması və “Evdə qal!” çağırışının təmini məqsədilə təşkil olunub. Aksiya çərçivəsində Masallı şəhər, kənd və qəsəbələri üzrə müəyyən olunmuş siyahı əsasında aztəminatlı ailələrə və 65 yaşdan yuxarı tənha və imkansız şəxslərə tələbata uyğun bir neçə həftəlik müxtəlif ərzaq məhsullarından ibarət yardım sovqatları onların öz evlərində paylanılıb. Həmçinin sakinlərə yeni növ koronavirus (COVID-19) pandemiyasına qarşı qorunmalar və evdə qalmaq barədə izahlar verilib.

Ərzaq yardımı alan vətəndaşlar xüsusi karantin rejimi günlərində onlara göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısına və aksiya iştirakçılarına minnətdarlıqlarını bildiriblər.

2