Bu işsiz şəxslərə də pul veriləcək - RƏSMİ

 18:56 08.04.2020     1854

İşsizlikdən sığorta ödənişinin müddəti bitmiş şəxslər və peşə kursların müdavimlərinə ödənişlər davam edəcək.

Bu barədə Redaktor.az-a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat xidmətindən bildirilib.

Verilən məlumata görə, işsizlikdən sığorta ödənişinin müddəti bitmiş şəxslərin və peşə kurslarının müdavimlərinin sosial müdafiəsini təmin etmək məqsədilə də müvafiq addım atılıb.

Nazirlər Kabinetinin yeni Qərarında 2020-ci il 1 aprel tarixinə işsizlikdən sığorta ödənişinin müddəti bitmiş işsiz şəxslərə sığorta ödənişinin verilməsinin xüsusi karantin rejiminin bitdiyi tarixdən sonrakı ayın 1-dək davam etdirilməsi tapşırılıb.

Qərara əsasən, bu sosial müdafiə tədbiri peşə hazırlığı prosesində fasilə yaranmış kursların müdavimlərini də əhatə edir.

Onlara verilən təqaüdün (250 manat) ödənişi də xüsusi karantin rejiminin bitdiyi tarixdən sonrakı ayın 1-dək davam etdiriləcək.