Nazirlik 13 minədək tənha yaşlıya ərzaq yardımı edib

 12:15 09.04.2020     2111

Xüsusi karantin rejimi dövründə evdən çıxmaları qadağan edilən yaşı 65-dən yuxarı tənha yaşayan şəxslərə sosial xidmətlərlə yanaşı, ehtiyacı olanlara ərzaq yardımları da edilir.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Redaktor.az verilən xəbərə görə, bu məqsədlə bir sıra qurumlar və şirkətlər tərəfindən ümumilikdə 13 minədək tənha yaşlıya ərzaq yardımı edilib. Hazırda da bu proses davam etdirilir.

Ərzaq yardımlarının verilməsi respublikanın bütün bölgələrini əhatə edir.