Ünvanlı sosial yardım alan ailələrin sayı açıqlanıb

 13:28 09.04.2020     569

Aztəminatı ailələrin ünvanlı sosial yardım proqramından faydalanmaq imkanlarının və proqrama əlçatanlığının artırılması işləri nəticəsində bu yardımı alan ailələrin sayı artmaqda davam edir.

Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyindən Redaktor.az-a bildirilib ki, aprel ayında ünvanlı dövlət sosial yardımı alan ailələrin sayı 13,5 faiz, yəni 9300 ailə və ya 38 min nəfər artıb və bu yardımı alanların sayı 330 min nəfərə (78 min 300 ailə) çatıb.

Hər ailəyə düşən yardımın məbləği 222 manatdır.