Sizə bu SMS gəlibsə, 190 manatı ala bilərsiniz - FOTO

 14:11 10.04.2020     2610

Birdəfəlik ödəməni almaq üçün vətəndaşlara daxil etdikləri nömrələr üzrə SMS göndərilir.

Redaktor.az xəbər verir ki, bu barədə məlumatı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin müdiri Fazil Talıbov sosial şəbəkədə paylaşıb.

Bildirib ki, artıq SMS-i alan vətəndaşlar bank filiallarından və poçt şöbələrindən vəsaiti əldə edirlər. “Dünən də qeyd etdiyim kimi, ilk partiyada 10 min işsiz şəxsə ödəmə edilib. Proses hər gün davam edəcək”.

Ödəmənin alınması ilə bağlı təsdiq SMS-i bu formada gəlir: