Bu tarixdən çoxları "WhatsApp"dan istifadə edə bilməyəcək
Dünyada 300 milyondan çox insan "WhatsApp"dan istifadə edə bilməyəcək.
Redaktor.az xarici KİV-ə istinadən xəbər verir ki, bütün dünyada böyük tələblə istifadə edilən mesencer çoxları üçün əlçatan olmayacaq.
Belə ki, 2021-ci il 1 fevral tarixindən etibarən "WhatsApp"dan istifadə Android 4.0.3, İOS 9 və digər daha köhnə əməliyyat sistemi ilə çalışan smartfonlarda işləməyəcək. Hazırda istifadədə olan belə smartfonların sayının 300 milyon olduğu bildirilir. Belə smartfon istifadəçiləri ya mobil cihazlarındakı əməliyyat sistemini dəyişməli olacaqlar və ya yeni, daha müasirinə üz tutacaqlar.
Smartfonda "WhatsApp" mesencerinin çalışması üçün minumum tələb olunan əməliyyat sistemi Android 5.0 Lollipop və ya İOS 10-dur.
Xatırladaq ki, 2020-ci ilin fevralın 1-də "WhatsApp" mesenceri Android 2.3.7 və İOS 8 ilə işləyən smartfonlarda fəaliyyəti dayanmışdı. O zaman dünya üzrə 50-60 milyon insan bu tətbiqdən istifadədən məhrum olmuşdu.
Məlumat üçün qeyd edək ki, hazırda 2 milyarddan çox insan "WhatsApp" mesencerindən istifadə edir.












