Milli Məclisdə qanvermə aksiyası keçirilib - FOTOLAR

 13:53 18.04.2020     1955

Bu gün Milli Məclisdə qanvermə aksiyası keçirilib.

Redaktor.az-ın məlumatına, Milli Məclisin mətbuat xidmətinin rəhbəri Akif Təvəkküloğlu jurnalistlərə açıqlamasında deyib ki, Milli Məclis Birinci vitse-prezident Mehriban Əliyevanın irsi qan çatışmazlığından əziyyət çəkən xəstələrin üçün könüllü qanvermə aksiyası ilə bağlı təşəbbüsünə qoşulub.

Milli Məclisin Sədri Sahibə Qafarova, deputatlar, Milli Məclis Aparatının və İşlər İdarəsinin əməkdaşları, o cümlədən jurnalistlər aksiyaya qoşularaq könüllü qan veriblər. //APA

222222222222
Vumart və Güvən reklamı Vumart Güvən