Bu şəxslərə karantindən sonra ev veriləcək - RƏSMİ AÇIQLAMA
Prezident İlham Əliyevin sədrliyi ilə 2020-ci ilin birinci rübünün sosial-iqtisadi yekunlarına həsr olunan müşavirədə, habelə Əmək və Əhalinin Sosial Müdafiəsi və İqtisadiyyat nazirlərinin iştirakı ilə keçirdiyi iclasda dövlət başçısının sosial sahə ilə bağlı tapşırıqlarının icrası istiqamətində görülən işlərin və qarşıda duran vəzifələrin müzakirəsi məqsədilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində videobağlantı formasında kollegiya iclası keçirilib.
Redaktor.az xəbər verir ki, Nazirlikdən verilən məlumata görə, Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev vurğulayıb ki, Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, bu il həssas qruplarla bağlı nəzərdə tutulan bütün sosial proqramlar, eləcə də sosial müdafiə və aktiv məşğuluq proqramlarının genişləndirilməsi ilə bağlı planlar tam icra olunacaq.
Xüsusi karantin rejimi bitdikdən sonra şəhid ailələrinə və müharibə əlillərinə yeni alınan mənzillərin verilməsinə başlanacaq, bu il onlara 1500 mənzil verilməlidir, həmçinin müharibə əlillərinə avtomobillərin verilməsi işləri də davam edəcək.