"Instagram"ın işində qüsurlar yaranıb

 10:27 29.04.2020     1385

"Instagram" sosial şəbəkəsinin işində qüsurlar yaranıb.

Redaktor.az-ın məlumatına görə, ABŞ, Böyük Britaniya, Malayziya və Rusiyadan istifadəçilər sosial şəbəkənin işi ilə bağlı şikayətlər edib.

Qeyd olunur ki, istifadəçilərin 39 faizi xəbər lentinin açılmasında, 36 faizi şəkil və status yerləşdirməkdə, 23 faizi isə "storiz" funksiyasının işində çətinlik çəkdiyini bildirib.

Bununla bağlı "Instagram" rəsmi açıqlama verməyib. //Trend.az

Vumart və Güvən reklamı Vumart Güvən