Bağlanan bankın əməkdaşları maaşlarını ala bilmir - ETİRAZ

 19:05 30.04.2020     1965

Lisenziyası Mərkəzi Bank tərəfindən ləğv edilən “Amrah Bank” ASC-nin əməkdaşları bankın baş ofisinda aksiya keçiriblər.

Redaktor.az-ın məlumatına görə, onlar aprel ayının maaşının ödənilməsini və ixtisara düşdükləri üçün təzminat verilməsini istəyirlər. 

Onların tələbinə bank rəhbərliyi tərəfindən hələlik konkret cavab verilməyib. 

Qeyd edək ki, Mərkəzi Bankın İdarə Heyətinin 28 aprel 2020-ci il tarixli qərarına əsasən, “Amrah Bank” ASC və "Atabank" ASC-nin lisenziyası ləğv edilib. //APA

Vumart və Güvən reklamı Vumart Güvən