Maştağada işıqlar niyə sönüb? - "Azərişıq”dan RƏSMİ AÇIQLAMA
Bir neçə gündür ki, paytaxtın Sabunçu rayondakı Maştağa qəsəbəsində elektrik enerjisinin verilməsində məhdudiyyətlər yaşanır.
"Azərişıq” ASC-nın mətbuat katibi Tanrıverdi Mustafayev Redaktor.az-a bildirib ki, yaranmış məhdudiyyətlər yeni yarımstansiyanın köçürülməsi ilə əlaqədardır:
"Maştağada yeni yarımstansiya inşa edilir. Elektrik enerjisinin olmaması köçürülmə işləri ilə bağlıdır. Qısa zamanda problem həllini tapacaq".
Sevda Ulutau / Redaktor.az












