Murad Dadaşov, Zaur Baxşəliyev və qumar oyunları... - VİDEO

 18:51 06.05.2020     2790

Son vaxtlar sosial şəbəkələrdə bir sıra oyun reklamlarında məşhurların simasından, nüfuzundan istifadə edilir. Bəs məşhurların bundan xəbəri varmı?

Redaktor.az xəbər verir ki, “Demədi Demə” yutub kanalı sözügedən məşhurlarla əlaqə saxlayıb, məsələyə münasibət öyrənib.

"Xəzər" TV-nin direktoru Murad Dadaşov bildirib ki, bu reklamlarla onun heç bir adiyyatı yoxdur:

“Mən ümumiyyətlə heç bir reklama çəkilmirəm. Təbii ki, bu reklamda da adım icazəsiz istifadə olunur. Bununla bağlı adiyyatı qurumlara müraciət edəcəyəm”.

Zaur Baxşaliyev:  "Bu məsələ ilə bağlı artıq polisə şikayət etmişəm. Mən və ailəm heç vaxt belə reklama çəkilməyib. Bu şəkillər montajdır".

Eldəniz Vəliyev: "Adımın belə reklamlarda hallanması əlbəttə ki məni narahat edir. Amma çox təəssüf ki, saytlar, media qurumları bu məsələyə laqeyd yanaşırlar. Yəqin ki, onlar məsələnin ciddiliyinin fərqində deyillər. Lakin düşünürəm ki, bu məsələyə sərt reaksiya vrmək lazımdır. Çünki gələcəkdə bu kimi hallar daha çox ictimai nüfuza sahib insanların və onların ailə üzvlərinin başına gələ bilər".