Doktorantura və dissertanturaya qəbulun nəticələri açıqlanıb

 18:45 08.05.2020     7877

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) doktorantura və dissertanturasına qəbulun nəticələri açıqlanıb.

Redaktor.az-ın xəbərinə görə, nəticələr AMEA Rəyasət Heyətinin bu gün keçirilən onlayn iclasında təsdiqlənib.

AMEA-nın akademik-katibi Əminağa Sadıqov qeyd edib ki, müvafiq qanunvericiliyə uyğun olaraq, AMEA-nın doktoranturasına və dissertanturasına qəbul uğurla başa çatdırılıb, doktorant və  dissertantlar üçün müxtəlif istiqamətlər üzrə aktual elmi problemləri əhatə edən mövzular müəyyənləşdirilib. Məsələ müzakirə edildikdən sonra fəlsəfə və elmlər doktoru hazırlığı üzrə AMEA-nın doktoranturasına və dissertanturasına qəbulun nəticələri təsdiq edilib, AMEA-nın elmi müəssisə və təşkilat rəhbərlərinə, digər qurumlara bu məsələ ilə bağlı müvafiq tapşırıqlar verilib.