Bu il Azərbaycanda 4 uşaq övladlığa götürülüb

 10:27 12.05.2020     1184

Bu ilin mövcud dövrü ərzində Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinə övladlığagötürmə ilə bağlı 23 müraciət daxil olub.

Redaktor.az xəbər verir ki, bu barədə Nazirlikdən bildirilib. Qeyd edilib ki, nazirlik tərəfindən qanunvericiliyin tələblərində nəzərdə tutulan prosedur qaydalara uyğun olaraq 4 uşaq övladlığa verilib. 

Övladlığa götürülən uşaqlar 1, 7, 9 və 16 yaşlarındadırlar və hamısı oğlan uşaqlarıdır. Övladlığa götürən şəxslər Azərbaycan vətəndaşlarıdır və hər biri uşaqların yaxın qohumudur. Həmin şəxslərdən biri tək qadın, digər 3-ü isə ailədir. 

Övladlığa götürən şəxslərin yaşları 33-55 yaş aralığındadır. //APA