Sel suları bu rayonda hava xətlərinə təhlükə yaradıb - FOTOLAR

 11:22 13.05.2020     1880

Ölkə ərazisində müşahidə edilən qeyri-sabit hava şəraiti Quba rayonu ərazisində hava elektrik veriliş xətlərində təhlükəyə səbəb olub.

“Azərişıq” ASC-dən Redaktor.az-a verilən məlumata görə, Quba rayonunda 35 kV-luq “Təngaltı” və “Ulduz- 2” hava elektrik veriliş xətləri keçən ərazidə sel sularının artması nəticəsində çay öz vadisindən çıxıb. Nəticədə, elektrik dayağının fundamenti yuyulmaq təhlükəsi ilə üzləşib. 

Həmçinin qeyd olunub ki, operativ olaraq əraziyə cəlb olunan texnikanın köməyi ilə çayın məcrası dəyişdirilib və qəzanın qarşısı alınıb. Mövcud hava durumu ilə əlaqədar ərazilərə əlavə materal və texnika ayrılıb.

Bu səbəbdən “Azərişıq” ASC gücləndirilmiş iş rejimində çalışır.

Qərb rayonlarında və o cümlədən, “Mərkəzi Aran” Regional Enerji Təchizatı və Satışı idarəsinin ərazisində olan Göyçay və Ağsu rayonlarında da elektrik enerjisi təsərrüfatına ciddi ziyan dəyib. Təmir-bərpa işləri davam etdirilir.