DİQQƏT: 190 manatı karantindən sonra da alacaqsınız? - VACİB XƏBƏR!

 12:31 13.05.2020     2135

Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş Tədbirlər Planında işsiz kimi qeydiyyata alınan şəxslərə aprel-may aylarında hər ay üçün yaşayış minimumu həcmində (190 manat) birdəfəlik ödəmə verilməsi nəzərdə tutulub. Artıq may ayı üzrə birdəfəlik ödənişlərin təminatına da başlanılıb. 

Aprel-may aylarında təyin olunmuş birdəfəlik ödəmənin digər aylarda da davam edəcəyi ilə bağlı söyləntilər var. 190 manat alan şəxslərin karantin rejimi bitəndən sonra da sosial yardım alacaqları fikirləri mövcuddur.

Bir il ərzində hər ay sosial yardım verilməyə davam edəcəkmi?

Dövlət Məşğulluq Xidmətinin mətbuat katibi Əsmər Nəcməddinqızı Redaktor.az-a bildirib ki, bu cür fikirlər reallığı əks etdirmir:

"Nazirlər Kabineti tərəfindən təsdiqlənən tədbirlər planında birdəfəlik ödəmənin 2 ay müddətinə verilməsi nəzərdə tutulub".

Sevda Ulutau / Redaktor.az

Azmedia.az- Ölkə və dünya ilə bağlı xəbərlər