Təhsil haqqı ilə bağlı tələbələr bu sayta daxil olsun və... - ŞAD XƏBƏR!

 10:47 21.05.2020     1850

"Məlum olduğu kimi, Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin sərəncamı ilə sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrin üzvü olan tələbələrin təhsil haqqı xərclərinin ödənilməsinə dəstək proqramı qəbul edilib və bu məqsədlə 40 milyon manat ayrılıb".

Redaktor.az xəbər verir ki, bu haqda təhsil eksperti Kamran Əsədov feysbuk hesabından yazıb. O bildirib ki, tələbələr bu kateqoriyaya aid olub-olmadığını, eyni zamanda ali təhsil müəssisələrinə müraciət etmək üçün e-telebe.edu.az saytına daxil olmalıdır:

“Məhz tələbələr e-telebe.edu.az portalında qeydiyyatdan keçdikdən sonra onların sosial həssas qrupa aid olması və təhsil haqqından azad edilməsi müəyyənləşəcək.

Saytdan qeydiyyatdan keçmək üçün hər kəsə aktiv mobil nömrə, özünün və hər iki valideyninin şəxsiyyət vəsiqəsi lazımdır (tək valideyni olan həmən valideynin). Sizi saytda 4 mərhələli bir qeydiyyat gözləyir.

1. Öncə e-telebe.edu.az saytına daxil olursunuz, aşağıda qeydiyyat bölməsini sıxırsız.

2. Qeydiyyatdan keçmək üçün tələbənin şəxsiyyət vəsiqəsi və aktiv mobil nömrəsi lazımdır. Öncə şəxsiyyət vəsiqəsinin fin kodunu, sonra mobil nömrənizi, ardınca şəxsiyyət vəsiqəsinin seriyasını müvafiq xanalara yazırsız, sonda sistem tərəfindən verilən sadə riyazi suala cavab yazırsız. Bütün bunlar doğru olduqdan sonra yeni səhifə açılır və burada siz kabinetinə daxil olmaq üçün şifrə müəyyən edirsiniz.

3. Bundan sonra açılan yeni səhifədə şəxsiyyət vəsiqəsinin fin kodu və yazdığınız parolu qeyd edib sistemə daxil olursunuz.
Bununun ardınca açılan səhifədə sizin təhsiliniz və valideynləriniz haqqında məlumatlar çıxır. Onları qeyd edib müraciətinizi tamamlayırsız.

4.Bütün məlumatlar müracət edənin özü tərəfindən tam şəkildə doldurulduqdan sonra müraciət qəbul edilir. Məlumatların səhv daxil edilməsinə görə məsuliyəti müracət edən daşıyır.
Əgər valideyniniz ilə bağlı məlumatlar tam olmasa aidiyyəti dövlət orqanlarına məlumatın dəqiqləşmədiyi üçün müracət edin”.

K.Əsədov bildirib ki, bu proqram həm ali təhsil, həm orta ixtisas təhsili - kollec, həm də peşə təhsili müəssisələrində ƏYANİ təhsil alan tələbələrə şamil olunur.