DİQQƏT: 190 manatlıq yardım yenidən verilə bilər? - AÇIQLAMA

 10:34 27.05.2020     1390

Koronavirus pandemiyasına Azərbaycanda müxtəlif kateqoriyaya mənsub insanlara, şirkətlərə müəyyən ödənişlər, yardımlar edildi.

Redaktor.az xəbər verir ki, karantin rejimində 600 mindən çox insana 190 manatlıq yardım edildi. Artıq yumşaldılma ilə bağlı bir çox iaşə obyekti fəaliyyətinə başlayıb.

Bəs, karantin rejimi davam etdiyi müddət ərzində hələ də fəaliyyəti bərpa olunmayan müəssisələrin əməkdaşları və aztəminatlı insanlara 190 manatlıq yardım edilə bilərmi?

Məsələ ilə bağlı deputat Musa Quliyev "Sonxeber.az"-a açıqlama verib. Deputat bildirib ki, bu edilə bilməz və edilməli də deyil:

"İnsanları yavaş-yavaş əməyə istiqamətləndirməliyik. İnsanlarımız işləməlidirlər və eyni zamanda iqtisadiyyatımız davam etməlidir. Çünki koronavirusun nə qədər davam edəcəyini hələ bilmirik. Bəlkə də biz bu virusla uzun müddət yaşayacağıq. Ona görə də həyatımızı evə qapatmalı deyilik.

Karantin rejiminin əks-epidemik tədbirlərinə riayət etməklə yavaş-yavaş fəal həyata qayıtmalıyıq. Dünyanın bir çox ölkələrində artıq fəal həyata qayıdırlar. İnsanlar da öz əməkləri ilə məşğul olmalı, iqtisadiyyatımıza kömək etməli və özlərinin sosial həyatını yaxşılaşdırmaq barədə düşünməlidirlər".

Vumart və Güvən reklamı Vumart Güvən