Bakıda məşhur şəxsin anası koronavirusdan öldü - SON DƏQİQƏ

 14:17 29.05.2020     1080

QAFSAM-ın sədr müavini, siyasi elmlər üzrə fəlsəfə doktoru Nazim Cəfərsoyun anası Zöhrə Cəfərova koronavirusdan vəfat edib.

Redaktor.az xəbər verir ki, bu barədə sosial şəbəkədə məlumat yayılıb.

Məlumata görə, 69 yaşlı Z.Cəfərova dünən axşam Mərkəzi Neftçilər Xəstəxanasında dünyasını dəyişib.

Qeyd edək ki, N. Cəfərsoyun qardaşı, "Supersport.az" saytının rəhbəri Anar Cəfərsoy da hazırda koronavirusa görə xəstəxanada müalicə alır.