Mənzil verilən şəhid ailələri və müharibə əlillərinin SAYI

 14:45 29.05.2020     1220

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, şəhid ailələri və Qarabağ müharibəsi əlillərinin mənzillə təminat proqramı davam etdirilir. 

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Redaktor.az-a verilən məlumata görə, daha 100 mənzil bu kateqoriyadan olanlara təqdim edilib.

Abşeron rayonunun Məmmədli kəndində yeni yaşayış binalarından alınaraq təqdim olunan, hər biri müasir yaşayış şəraitinə malik mənzillərin 30-u şəhid ailələrinə, 70-i Qarabağ müharibəsi əlillərinə verilib.

Bununla da Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən indiyədək mənzillə təmin olunan şəhid ailələri və müharibə əlillərinin sayı 7 700-ə çatıb.

2020-ci ildə həmin kateqoriyalara aid vətəndaşlara 1 500 mənzil və fərdi evin verilməsi nəzərdə tutulub. Mənzillə və fərdi evlə təmin edilən şəhid ailələri və müharibə əlillərinin sayı ilin sonuna 9 100-ə çatacaq.

Növbədə olan şəhid ailələri və müharibə əlillərinin mənzillə və fərdi evlə təminatı yaxın iki il ərzində tam başa çatacaq.

Vumart və Güvən reklamı Vumart Güvən