Ekspert: Bu qərar kadr çatışmazlığına səbəb olacaq

 17:10 29.05.2020     1926

Dövlət İmtahan Mərkəzi (DİM) bu il ali və orta ixtisas təhsili müəssisələrinin bəzi xüsusi qabiliyyət tələb edən ixtisaslarına qəbul olmaq üçün qabiliyyət imtahanları keçirilməyəcəyini açıqlayıb.

Məsələ ilə bağlı Redaktor.az-a açıqlama verən təhsil eksperti Kamran Əsədov bildirib ki, bu dəyişiklik həmin ixtisaslar üzrə keçid balının qalxmasına və müsabiqə vəziyyətinin yüksəlməsinə gətirib çıxaracaq:

“İlk növbədə qeyd edim ki, cari ildə edilən dəyişikliyə görə yalnız aşağıdakı ixtisaslar üzrə bu il, 2020-ci ildə həm ali məktəblərə, həm də kolleclərə qəbul üçün (9 və 11-ci sinif bazasından) qabiliyyət imtahanı keçirilməyəcək.

a) Musiqi müəllimliyi

b) Təsviri incəsənət müəllimliyi

c) Fiziki tərbiyə və çağırışaqədərki hazırlıq müəllimliyi

ç) Məşqçilik

Yuxarıda qeyd olunan ixtisaslara həm cari ilin, həm də əvvəlki illərin məzunları qabiliyyət imtahanı vermədən, əvvəlki illərin məzunları V (5-ci) ixtisas qrupu, cari ilin məzunları buraxılış imtahanlarında topladıqları ballar ilə birbaşa seçim edə bilərlər.

Bu dəyişiklik həmən ixtisaslar üzrə keçid balının qalxmsına və müsabiqə vəziyyətinin yüksəlməsinə gətirib çıxaracaq. Yəni, əgər keçən il bu istiqamətdə 84 balla tələbə adını qazanmaq mümkün olmuşdusa, cari ildə qabiliyyət imtahanının keçirilməməsi istənilən abituriyentin həmən ixtisasları seçə bilməyinə imkan verəcək ki, bu da daha yüksək ballı abituriuenntlərin qəbul olmasına gətirib çıxara biləcək”.

Kamran Əsədov yeni sistemin mənfi cəhətlərindən də danışıb:

"Məsələn, bədən tərbiyyəsi ixtisası üzrə hətta fikizi çatışmazlığı olan şəxslər belə qəbul olmaq şansına malik olacaqlar. Eyni zamanda musiqi, rəsm müəllimi, dizayn kimi qabiliyyət tələb edən ixtisslara bu sahələr üzrə heç bir qabiliyyəti olmayan şəxslərin təhsil alması mümkün olacaq ki, bu da gələcəkdə əmək bazarında mvafiq ixtisaslar ürə peşəkar kadr çatışmazlığının yaranmasına gətirib çıxara biləcək”, - deyə ekspert bildirib.