Sabirabadın bu kəndlərinə təbii qazın verilməsi niyə dayandırılıb? - AÇIQLAMA
Bu gün günorta saatlarından Sabirabad rayonun bir neçə kəndində təbii qazın verilməsi dayandırılıb.
Məsələ ilə bağlı Redaktor.az-a açıqlama verən "Azəriqaz” İstehsalat Birliyinin mətbuat xidmətinin rəhbəri Ceyhun Səfərov hazırda problemin aradan qaldırılması istiqamətində son işlərin aparıldığını bildirib:
“Bu gün saat 15:00 radələrində rayonun Şıxsalahlı kəndində su kollektirinin təmizlənməsi zamanı daşıyıcı qaz kəməri qırılıb. Kəmərin bərpası zamanı yaranan müəyyən problemlər gecikmələrə səbəb olub. Hazırda bir neçə kəndə təbii qazın verilməsi bərpa olunub, digər kəndlərdə də yaxın saatlarda bərpa olunacaq”.
Mahir Ələkbərov / Redaktor.az












