Bakıda avtobuslarla bağlı ƏHALİYƏ VACİB XƏBƏR - İYUNUN 15-DƏN...
Xüsusi karantin qaydalarının yumşaldılmasından sonra şəhərdə, xüsusi ilə ictimai nəqliyyatda sıxlıq müşahidə olunur.
İctimai nəqliyyatda tibbi maskanın məcburi olduğunu və kondisionerin hələ də işlək vəziyyətdə olmaması vəziyyəti daha çətinləşdirir. Bir tərəfdən isti, sıxlıq, digər tərəfdən maskanın yaratdığı narahatlıq dözülməz mənzərə yaradıb.
Qaydaya əsasən, ictimai nəqliyyatda sərinləndirmə sistemləri iyun ayının 15-dən sonra işə salınır. Bəs, hazırki vəziyyətdə kondisionerlər daha tez işə salına bilərmi?
Məsələ ilə bağlı Redaktor.az-a açıqlama verən Bakı Nəqliyyat Agentlyinin (BNA) mətbuat katibi Mais Ağayev bildirib ki, kondisionerlərin vaxtından tez işə salınması vəziyyətdən asılıdır:
“Yay mövsümü iyunun 15-dən başlayır. Sərinləndirmə sistemlərinin bu tarixdən işə salınması nəzərdə tutulub. Lakin ehtiyac yaranarsa, vaxtından əvvəl də bunu etmək mümkündür. Son günlər müşahidə olunan hava şəraiti isə belə bir zərurət yaratmayıb”.
Mahir Ələkbərov / Redaktor.az












