Yerli sakinlər şəhidlərin xatirəsini əbədiləşdirdilər - VİDEO

 21:17 07.06.2020     1370

Mingəçevirdə binaların qarşısında, şəhərin müxtəlif ünvanlarında şəhid bulaqları tikilib.

Redaktor.az xəbər verir ki, ilk təşəbbüs şəhər sakini Elgün Əliyevdən gəlib. O, öz hesabına şəhid Vidadi Əzizovun xatirəsinə İsmət Qayıbov küçəsində ehsan bulağı inşa etdirib. Ətrafına isə ağac və güllər əkərək abadlıq işləri aparıb.

Daha sonra onun bu təşəbbüsünə bir neçə gənc də qoşulub. Həmin ərazidə yaşayan sakinlər gənclərin bu xeyirxah təşəbbüsünü yüksək qiymətləndiriblər. Şəhər sakinləri bildirib ki, günün istənilən vaxtı bulaqdan su götürmək mümkündür.

Buradan həyətdə oynayan uşaqlar, həmçinin hündürmərtəbəli binaya tez-tez qalxıb-düşə bilməyən ahıl sakinlər daha çox istifadə edir.

Qeyd edək ki, Mingəçevirdə şəhidlərin xatirəsinə inşa edilən bulaqların tikintisi davam edir. //Baku TV