İcbari tibbi sığorta ilə bağlı RƏSMİ AÇIQLAMA

 16:11 08.06.2020     1886

"Digər bölgələrdə COVİD-19-la əlaqədar icbari tibbi sığortanın tətbiqi təxirə salınıb. Növbəti ildən eyni qrafiklə davam etdiriləcək".

Redaktor.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Tibbi iddialar departamentinin rəhbəri Vüqar Qurbanov deyib. O bildirib ki, yanvarın 1-dən 23 regionda icbari tibbi sığortanın tətbiqinə başlanılıb:

"Şimal bölgəsində icbari tibbi sığorta xidmətlərindən istifadə olunur. Gələn ilin yanvarın 1-dən əvvəlki qrafik üzrə əvvəl qərb bölgəsi, cənub, sonra isə Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonnu ərazisində icbari tibbi sığorta  tətbiq olunmağa başlayacaq".