Bu ilin 4 ayında 912 əkiz, 30 üçəm doğulub

 14:39 12.06.2020     757

Cari ilin yanvar-aprel aylarında Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən ilkin məlumatlara əsasən 34 min 749 doğulan körpə qeydə alınıb.

Dövlət Statistika Komitəsindən Redaktor.az-a verilən məlumata görə, əhalinin hər 1000 nəfərinə bu göstərici 10,6 təşkil edib.

Doğulanların 53,1 faizi oğlan, 46,9 faizi isə qız uşaqlarıdır. Doğulan körpələrdən 912-si əkiz, 30-u isə üçəmlərdir.