Azərbaycanda 4287 boşanma qeydə alınıb

 14:46 12.06.2020     989

Cari ilin yanvar-aprel ayları ərzində qeydiyyat şöbələri tərəfindən 13 min 738 nikaha daxilolma və 4287 boşanma halları qeydə alınıb.

Dövlət Statistika Komitəsindən Redaktor.az-a verilən məlumata görə, əhalinin hər 1000 nəfərinə nikahların sayı 4,2, boşanmaların sayı isə 1,3 olub.