Bu şəxslər 57 yaşından pensiyaya çıxacaq - VİDEO

 15:04 12.06.2020     1084

Əmək şəraiti zərərli və ağır işlərdə çalışanlara daha tez əmək pensiyası hüququnun verilməsi nəzərdə tutulur.

Redaktor.az xəbər verir ki, həmin kateqoriyadan olan 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların yaş həddi 5 il azaldıla bilər. Bu, pensiya qanunvericiliyində dəyişikliklər edilməsinə dair Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən hazırlanmış yeni layihədə əksini tapır.

ARB TV-də “Günə doğru” verilişində məsələ ilə bağlı maraqlı sujet yayımlanıb.

Daha ətraflı videodan izləyin: