"Azəriqaz"dan əhaliyə müraciət: Qaz pulu çox gəlir? - BELƏ EDİN...

 15:52 14.06.2020     3038

May ayından bütün fərdi yaşayış evlərində (yeni inşa olunan çoxmərtəbəli binalar istisna olmaqla) dövri yoxlama müddəti bitmiş sayğaclar mexaniki sayğaclarla əvəz olunub. Lakin bu məsələ ilə bağlı sakinlər arasında çoxsaylı narazılıqlar mövcuddur. Abonentlər bildirirlər ki, mexaniki sayğaclar smart sayğaclardan təxminən 3-4 manat daha çox pul yazır.  Əvvəlki sayğacla aya 10 manatlıq mavi yanacaq sərfiyyatı edən abonent, indi 18-20 günə bu qədər məbləğin sərf olunduğunu deyir.

"Azəriqaz” İstehsalat Birliyinin (İB) İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Ceyhun Səfərov Redaktor.az-a bildirib ki, bu fikirlərin heç bir əsası yoxdur. Belə bir şey mümkün deyil: 

"Heç bir əsası olmayan fikirlərdir. Mümkün deyil. Belə bir abonent varsa, iddia ilə danışırsa, gəlib müraciət etməlidir. Köhnə qəbzi də gətirsin, yeni qəbzi də. Abonent bazasına daxil olub, kodla baxaq. Hər iki sayğacın funksiyası eynidir, qazın sərfiyyatını qeydə alır. Harda belə bir qayda var ki, mexaniki sayğaclar artıq yazsın?!".

Sevda Ulutau / Redaktor.az