"Mançester Siti" "Liverpul"a çempionluq dəhlizi quracaq

 15:04 13.06.2020     718

"Mançester Siti" Premyer Liqanın lideri "Liverpul" üçün çempionluq dəhlizi qurmaq qərarına gəlib.

Redaktor.az-ın məlumatına görə, bunun üçün "qırmızılar" əsas rəqibləri ilə qarşılaşmaya qədər qızıl medalları təmin etməlidir.

29 turdan sonra rəqibini 25 xal qabaqlayan "Liverpul" Premyer Liqanın bərpasından sonra ardıcıl olaraq "Everton" (21 iyun) və "Kristal Pelas"la (24 iyun) matçlardan qalib ayrılsa, çempionluğunu rəsmiləşdirəcək. Bu baş verərsə, iyulun 2-də keçiriləcək "Mançester Siti" - "Liverpul" qarşılaşmasından öncə meydan sahibləri rəqibi çempionluq dəhlizi quraraq qarşılayacaq.

Qeyd edək ki, koronavirus pandemiyası səbəbindən martda dayandırılan Premyer Liqa iyunun 17-də bərpa olunacaq.

Vumart və Güvən reklamı Vumart Güvən