İtaliyada azarkeşlərin stadiona buraxılacağı vaxt açıqlandı

 20:47 13.06.2020     691

İtaliyada iyulun əvvəlindən etibarən azarkeşlərin stadiona girişinə icazə veriləcək.

Redaktor.az-ın məlumatına görə, bu barədə futbol federasiyasının prezidenti Qabriele Qravina "Deejay" radiosuna müsahibəsində deyib.

Funksioner bildirib ki, ölkə futbolunun bərpası qərarından məmnundur: "İndi çatışmayan yeganə şey azarkeşlərdir. Hesab edirəm ki, onlar iyuldan etibarən tədricən stadionlara qaytarılmalıdır".

Martda koronavirus pandemiyası səbəbindən dayandırılan İtaliya A Seriyası iyunun 20-də "Torino" - "Parma" oyunu ilə bərpa olunacaq.

Vumart və Güvən reklamı Vumart Güvən