Zinəddin Zidan “Real”ın tarixinə düşüb

 07:17 15.06.2020     551

İspaniya La Liqasının XXVIII turu “Real”ın baş məşqçisi Zinəddin Zidan üçün tarixi hadisə ilə əlamətdardır. 

Redaktor.az-ın məlumatına görə, hazırda davam edən “Eybar”la qarşılaşma fransalı mütəxəssisin bu postda 200-cü görüşüdür.

Zidanın əvvəlki 199 oyununda yetirmələri 131 qələbə qazanıb, 42 heç-heçə edib və 26 dəfə uduzub. Madrid təmsilçisinin tarixində yalnız iki məşqçi 200-dən çox matçda iş başında olub. Bunlar Migel Munyos (605) və Visente del Boskedir (246). //APA

Vumart və Güvən reklamı Vumart Güvən