Almaniyanın məşhur futbol klubu müflis oldu
Almaniyanın “Kayzerslautern” futbol klubu tezliklə iflas proseduruna başlayacaq.
Redaktor.az xəbər verir ki, III Bundesliqada çıxış edən komandanın borcu 24 milyon avrodur. Eyni zamanda, növbəti mövsümə görə lisenziya almaq üçün kluba 15 milyon avro lazımdır.
“Kayzerslautern” yaxın gələcəkdə müflisləşmə ilə bağlı ərizə verəcək.
Qeyd edək ki, “Kayzerslautern” 4 dəfə Almaniya çempionu olub və iki dəfə ölkə kubokunu qazanıb. //Report.az












