Bakıdakı dünya çempionatının yeni tarixi açıqlandı

 09:19 16.06.2020     540

Bakıdakı keçirilməsi planlaşdırılan və koronavirusa görə təxirə salınan aerobika gimnastikası üzrə dünya çempionatı və dünya yaş qrupları yarışlarının yeni tarixləri açıqlanıb.

Redaktor.az-ın məlumatına görə, qərar Beynəlxalq Gimnastika Federasiyasının (FIG) videokonfrans formatında keçirilən iclasında qəbul edilib.

Aerobika gimnastikası üzrə 9-cu dünya yaş qrupları yarışları 2021-ci il 21 - 23 may, 16-cı dünya çempionatı isə 27 - 29 mayda keçiriləcək.

Qeyd edək ki, dünya yaş qrupları yarışları 8-10 mayda, dünya çempionatı isə 14-16 mayda Milli Gimnastika Arenasında təşkil edilməli idi. Lakin, pandemiya ilə əlaqədar digər yarışlar kimi təxirə salınıb. //Report.az

Vumart və Güvən reklamı Vumart Güvən