AVRO-2020-nin ev sahibləri dəqiqləşib

 17:05 17.06.2020     720

AVRO-2020-nin təşkil ediləcəyi şəhərlərin adları dəqiqləşib.

Redaktor.az-ın məlumatına görə, UEFA qitə birinciliyinin 12 ölkədə keçirilməsi ilə bağlı qərarını dəyişməyib.

Koronavirus pandemiyası səbəbindən gələn ilə ertələnən turnirin oyunları öncədən də nəzərdə tutulduğu kimi, Roma, Bakı, Kopenhagen, Münhen, London, Dublin, Amsterdam, Buxarest, Sankt-Petreburq, Qlazqo, Bilbao və Budapeştdə baş tutacaq. UEFA İcraiyyə Komitəsi bu gün keçiriləcək iclasdan sonra bununla bağlı məlumat yayacaq.

Qeyd edək ki, AVRO-2020-nin matçları 2021-ci il 11 iyun – 11 iyul tarixlərində keçiriləcək. //APA

Vumart və Güvən reklamı Vumart Güvən