"Neftçi" yunanıstanlı futbolçu ilə vidalaşıb
"Neftçi” PFK müqavilə müddəti başa çatan yarımmüdafiəçi Vangelis Platellasla əməkdaşlığa son qoyub.
Redaktor.az xəbər verir ki, klubun rəsmi saytında, "Yunanıstanlı futbolçuya gələcək karyerasında uğurlar arzulayırıq!" deyə yazılıb.
Qeyd edək ki, Vangelis Platellas "Neftçi”də keçirdiyi iki mövsüm ərzində 31 oyunda meydana çıxıb, 3 qol vurub.












