Mükafatlandırılma mərasiminin vaxtı açıqlandı - "Qarabağ"

 19:03 19.06.2020     905

Sabah “Azersun Arena”da Azərbaycan Premyer Liqasının 2019/2020 mövsümünün çempionu “Qarabağ”ın mükafatlandırılma mərasimi keçiriləcək.

Redaktor.az PFL-in saytına istinadən xəbər verir ki, saat 20:50-də başlayacaq tədbir mətbuat nümayəndələri üçün açıq olacaq.

Qeyd edək ki, mükafatlandırma mərasimi “CBC Sport” telekanalı vasitəsi ilə canlı yayımlanacaq.