"Atletiko" 150 milyon avroluq təklifi rədd etdi

"Atletiko" futbolçusu Joao Feliks üçün göndərilən təklifi rədd edib.
Redaktor.az xəbər verir ki, adı açıqlanmayan İngiltərə klublarından biri 20 yaşlı yarımmüdafiəçi üçün 150 milyon avro təklif edib. Ancaq Madrid təmsilçisi bu təklifi müsbət cavablandırmayıb.
Qeyd edək ki, Feliks bu mövsüm La Liqada 21 matçda 6 qol vurub.