“Qarabağ”ın çempionluq mərasimi ləğv edildi

Futbol üzrə Azərbaycan Premyer Liqasının 2019/20 mövsümünün qalibi “Qarabağ”a çempionluq kuboku və qızıl medalların təqdimatı mərasimi ləğv edilib.
Redaktor.az-ın xəbərinə görə, koronavirus pandemiyası səbəbindən bu gün saat 21.00-da “Azərsun Arena”da keçirilməsi nəzərdə tutulan tədbir baş tutmayacaq.
Medallar yalnız klubun bazasında və məhdud sayda şəxslərin iştirakı ilə təqdim ediləcək.